BaşlıcaSiyasət

Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı ikitərəfli araşdırma mexanizmi formalaşdırmağı təklif edib

Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı ikitərəfli araşdırma mexanizmi formalaşdırmağı təklif edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib:

Aldığımız  məlumata görə, Paşinyan bu barədə Ermənistanın Syünik vilayətinin Kapan şəhərində “KP” partiyasının təşəbbüs qrupunun iclasında bildirib. Azərbaycan Müdafiə nazirliyi tərəfindən atəşkəs rejiminin pozulmasına dair son mesajlarla bağlı suala.

“Son günlər görürük ki, Azərbaycan Müdafiə nazirliyi Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı məlumatlar yayır və bizim Müdafiə nazirliyi bu məlumatı təkzib edir.

Burada iki ehtimal ola bilər və ya bu məlumat iki olayı göstərə bilər. Bir halda faktiki olaraq atəşkəs rejiminin pozulması, digər halda isə bu məlumatların gərginləşmə cəhdi və ya eskalasiya üçün zəmin yaradılması. Bütün hallarda nə birinci, nə də ikinci bizim siyasi iradəmizdir.

Artıq dediyim kimi, Ermənistan Müdafiə nazirliyi hökumət adından bu məlumatı təkzib edir. Mən də açıq şəkildə hesab edirəm ki, bu vəziyyəti müəyyən şəkildə həll etmək lazımdır və həqiqəti hər dəfə öyrənmək üçün nəinki birtərəfli qaydada, həm də bütövlükdə beynəlxalq ictimaiyyət üçün ikitərəfli münasibətlər qursaq, yaxşı olardı.

 Azərbaycanla atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmi yaratmaq yaxşı olardı.

Bunu təklif kimi də qəbul etmək və başa düşmək olar. Tərəflərdən biri qarşı tərəf tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumat verərsə, yerindəcə birgə araşdırma mexanizmi işə salınır. Üstəlik, bunlar hər iki tərəfin hərbi prokurorluqları və müvafiq qurumları ola bilər” – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, siyasi iradə və razılıq olduğu halda belə bir mexanizmi işə salmaq çətin olmayacaq.

“Bütün bunları bürokratik əngəllər olmadan, sadəcə, ölkə rəhbərlərinin müvafiq göstərişləri ilə etmək olar. Düşünürəm ki, bu, həqiqətən də işləyə bilər” – deyə Baş nazir yekunlaşdırıb.

Daha çox göstər
Back to top button