BaşlıcaSiyasət

ABŞ-ın regionda Ermənistana verdiyi statusa yalnız Gürcüstan və Ukrayna malikdir: Nerses Kopalyan

ABŞ-ın Nevada Universitetinin professoru Nerses Kopalyan “Azatutyun”un efirində qeyd edib ki, ABŞ dövlət katibinin müavini Ceyms O`Brayenin səfərindən sonra ABŞ-ın Ermənistana verdiyi statusa regionda yalnız Gürcüstan və Ukrayna malikdir.

“ABŞ-ın Ermənistanla inkişaf etdirməyə qərar verdiyi yeni strateji yanaşma və yaradılacaq komissiya başa düşürük ki, hər bir ölkənin ABŞ-la belə əlaqələri yoxdur. Həmin komissiya vasitəsilə gündəm yaradacaqlar və həmin gündəmdə əməkdaşlıq edəcəkləri sahələri önə çəkəcəklər”.

Kopalyanın sözlərinə görə, bu yeni yanaşma əvvəlkindən tamamilə fərqlidir, daha konstruktiv və sistemlidir. – “ABŞ hər bir ölkəyə bu strateji statusu verəndə həmin ölkəyə uzunmüddətli investisiya yatıracaq, yəni burada perspektiv var. Bu çox ciddi bir şeydir və əlaqələri dərindən inkişaf etdirəcək”.

Ceyms O`Brayen Yerevanda Ermənistan-ABŞ strateji dialoq sessiyasında iştirak edib, Vaşinqtonun Yerevanla müdafiə və təhlükəsizlik məsələlərində işləməyə davam edəcəyini bəyan edib və strateji dialoqu strateji tərəfdaşlıq komissiyası ilə əvəz etmək istədiklərini vurğulayıb.

Nerses Kopalyanın sözlərinə görə, ABŞ Ermənistanın Qərb üçün regionda növbəti mühüm ölkə olacağını anlayır.

Ceyms O`Brayen Yerevanda da vurğulayıb ki, Vaşinqton regionda davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir.

“O, Avro-Atlantik alyansdan danışdı, yəni biz başa düşürük ki, transatlantik sistem regionda özünü yerləşdirir və onlar Ermənistanı daha üstün ölkə hesab edirlər”, – universitetin professoru qeyd edib.

Daha çox göstər
Back to top button