BaşlıcaSiyasət

Bayden administrasiyası Ermənistanla əlaqələri gücləndirməyə çalışır: Dövlət Departamentinin xüsusi nümayəndəsi

ABŞ dövlət katibinin birinci müavini Riçard Vermanın burada olması sübut edir ki, Bayden administrasiyası Ermənistanla əlaqələri gücləndirməyə çalışır.

Bu barədə ABŞ Dövlət Departamentinin Dövlət və Şəhər Diplomatiyası üzrə xüsusi nümayəndəsi səfir Nina Haçiqyan bildirib.

“İlk dəfədir ki, ABŞ dövlət katibinin birinci müavini belə bir nümayəndə heyətinə rəhbərlik edir və biz indi tarix yazırıq. Mən özüm yerli liderlərin roluna inanıram. Siz problem həll edənlərsiniz, insanlara ən yaxınsınız, iqtisadi artımı təmin edənlərsiniz.

Sizin də vətəndaşların hüquqları istiqamətində görəcəyiniz işlər var. Yerli hakimiyyət orqanları sərbəst toplaşmaq azadlığını, jurnalistlərin təhlükəsizliyini, azlıqların hüquqlarını təqiblərdən qoruyur, seçkiləri müşahidə edir və hökumətə etimadı artırır. Siz demokratik sistemin mühüm sütunusunuz. Mən yerli liderlərə inanıram”, – Haçiqyan qeyd edib.

Daha çox göstər
Back to top button