BaşlıcaSiyasət

Beynalxalq aləmdə eşidilən səs onu Bakı hədəfinə çevirib: Beynalxalq mətbuat Ruben Vardanyanın işgəncələri haqqında

Bir sıra beynalxalq mətbuat vasitələr Azərbaycanda qanunsuz saxlanılan Ruben Vardanyanın beynalxalq vəkil komandası tərəfindən BMT-nin İşgəncələrə qarşı komitəsinin xüsusi məruzəçisinə təqdim olunmuş ərizəyə toxunublar, hansı ki, komitəni Azərbaycan höküməti tərəfindən Ruben Vardanyana qarşı həyata keçirilən işgəncələr və qəddar rəftarı mühakimə etməyə çağırır.

“Reuters” agentliyi, xüsusilə, Vardanyan ailəsinin beynəlxalq hüquq məsləhətçisi Jared Genserdən sitat gətirib. O, qeyd edib ki, “Diqqətəlayiqdir ki, Azərbaycan Ruben Vardanyana təhdid kimi baxır və onu əsassız həbslə, son dövrdə isə işgəncələrlə susdurmağa çalışır. Əgər Azərbaycan beynəlxalq aləmdə ciddi qəbul olunmaq istəyirsə, dərhal bu hərəkətlərini dayandırmalı, Vardanyanı və digər erməni məhbusları azad etməlidir”.

Fransanın “Le Figaro” nəşri da həmin fakta ətraflı toxunaraq  qeyd edib ki, Ruben Vardanyanın qohumları onun vəziyyətindən ciddi narahatdırlar. Nəşr xatırladır ki, humanitar fəaliyyətinə görə Nobel Sülh mükafatına namizədliyi irəli sürülən Vardanyan hazırda Bakı həbsxanasında işgəncələrə məruz qalır.

Nəşr Ruben Vardanyanın böyük oğlu Davit Vardanyanın onlara öyrəndikləri işgəncələr barədə danışan sözlərini sitat gətirib. “Ona yatmaq, oturmaq imkanı verilməyib. Onu iki gün içməli sudan məhrum ediblər, onun gigiyena vasitələri yox idi”.

Qəzet xatırladır ki, Ruben Vardanyanla birlikdə Bakı həbsxanasında daha 22 erməni, o cümlədən Dağlıq Qarabağın keçmiş rəhbərliyi də var. Qeyd olunur ki, Vardanyan yerli əhaliyə kömək etməyə çalışaraq Dağlıq Qarabağa köçüb. Orada olduğu müddətdə o, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ probleminə və oradakı vəziyyətə yönəldə bilib. “Vardanyanın xarizmatik şəxsiyyəti və beynəlxalq aləmdə eşidilən səsi onu Azərbaycan hakimiyyətinin hədəfinə çevirib” –  deyə “Le Figaro” yazıb.

Daha çox göstər
Back to top button