BaşlıcaEkonomika

Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafı istiqamətində işimizi davam etdirəcəyik: AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktor təyin edib.

Bu vəzifəyə Elizabet Falcetti təyin olunub.

Bankın açıqlamasında bildirilir: “Bu il bizim illik toplantımız Yerevanda baş tutdu və biz Qafqazın potensialının bir daha şahidi olduq. Biz islahatlar üçün investisiya və siyasət dialoqu vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafını dəstəkləyərək Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafı istiqamətində işimizi davam etdirəcəyik”.

Məlumatda qeyd olunur ki, Falcetti yeni vəzifəsinin icrasına avqustun 1-də başlayacaq.

Daha çox göstər
Back to top button