BaşlıcaİctimaiyyətSiyasət

“Siyasi dəyişikliyin yolu demokratik sistemdir”: Nina Haçigyan Yerevandakı toqquşmalar haqqında

İlk dəfə olaraq Ermənistana yerli liderlər qrupunu gətirdik. Biz onları burada yerli tərəfdaşlarla əlaqələndiririk. Bu barədə  İyunun 17-də Yerli demokratiya məsələlərinə həsr olunmuş Ermənistan-Amerika konfransı çərçivəsində ABŞ Dövlət departamentinin Dövlət və şəhər diplomatiyası üzrə xüsusi nümayəndəsi, səfir Nina Haçigyan jurnalistlərlə söhbətində qeyd edib.

“Ümid varıq ki, bu münasibətər davamlı olacaq, insanlar daha çox bağlı olacaqlar”- deyə o bildirib.

O, “ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçiriləcək ilk böyük Ermənistan-Amerika layihəsi nə olacaq” sualına cavab verib ki, “Yerli liderlər özləri qərar verməlidirlər. İki ölkənin biznes icmaları birgə fəaliyyət göstərəcək. Dövlət departamenti heç vaxt yerli liderlərə nə etməli olduqlarını demir. Qərar vermək onların ixtiyarındadır, biz əlaqələr yaradırıq və onları dəstəkləyirik.

Pensilvaniya ştatının Skrenton şəhərinin meri Peyc Koqnieti də öz növbəsində bu tədbirdə iştirakın böyük şərəf olduğunu, Armavir şəhərinin meri ilə tanış olduğunu qeyd edib. “Bu gün biz hələ də ideyalar səviyyəsində danışırıq ki, necə etmək lazımdır ki, sakinlər öz hökumətinə etibar etsinlər. Armavirlə tərəfdaşlıq çərçivəsində bu layihəni həyata keçirəcəyimiz üçün çox ruhlanmışam”.

Nina Haçigyan  “bir neçə gün əvvəl Yerevanın mərkəzində polislə müxalifət fəalları arasında kifayət qədər sərt toqquşma olub, bu, demokratik dəyərlərə uyğundurmu?” müşahidəsinə belə cavab verib ki, “Deyə bilərəm ki, demokratiyada dinc toplaşmaq hüququ həyati hüquqdur, eyni zamanda qurulmuş demokratiya olanda siyasi dəyişikliyin yolu demokratik sistemdən keçir”.

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfirliyi bəyanat yayaraq, Yerevanda davam edən nümayişləri izlədiklərini qeyd edib.

“Biz etirazçıları zorakılıqdan çəkinərək sərbəst toplaşmaq hüququndan məsuliyyətli şəkildə istifadə etməyə çağırırıq. Siyasi fikir ayrılıqlarının həlli demokratik proseslərlə təmin edilir. Biz həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların söz və mitinq azadlığı hüquqlarını təmin etməklə ictimai asayişi qorumağa və  nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurlar da daxil olmaqla mümkün pozuntuların baş verdiyi bütün hadisələri araşdırmağa çağırırıq” – deyə səfirlik qeyd edib.

Daha çox göstər
Back to top button