Başlıcaİctimaiyyət

AB 3 mütəxəssis göndərib ki, onlar fəlakət zonasında daşqınlar nəticəsində infrastrukturlara dəymiş zərəri qiymətləndirilməyə kömək edəcəklər

AB Mülki müdafiə mexanizmi və İspaniyanın höküməti vasitəsilə 3 mütəxəssis göndərib ki, onlar ER hökümətinə Lori və Tavuşda bu yaxınlarda baş vermiş daşqınlar nəticəsində infrastrukturlara dəymiş ziyanı qiymətləndirməyə kömək edəcəklər. Bu barədə AB-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

“Ekspertlər qrupu hökumətin ehtiyaclarını və prioritetlərini daha yaxşı başa düşmək üçün yerli hakimiyyət orqanları ilə görüşüb. Artıq Taşir və Alaverdidə zədələnmiş tikililərin qiymətləndirilməsi işlərinə başlanılıb. Komanda əsas diqqəti kənd təsərrüfatı torpaqlarına çıxışı təmin edən infrastruktura (kiçik körpülər) yönəldib, eyni zamanda evləri də öyrənib” – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button