BaşlıcaSiyasət

ABŞ-Ermənistan münasibətləri yeni mərhələyə keçir

Ermənistanın baş naziri Vaşinqton-Yerevan dialoqunun ardıcıl inkişafını və ikitərəfli əməkdaşlığın dərinləşməsinə əhəmiyyət verir. Bunu Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanla görüşündə deyib. Görüşdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi, Sülh Müqaviləsi üzrə danışıqlar da müzakirə olunub.

ABŞ dövlət katibinin müavini yerli özünüidarəetmə orqanlarından ibarət nümayəndə heyətinin ilk rəsmi səfəri çərçivəsində Ermənistana gəlib. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb.

ABŞ ilə Ermənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur, strateji dialoq strateji tərəfdaşlığa çevrilir: bu bəyanatları son vaxtlar Ermənistana səfərləri tez-tez baş verən yüksək rütbəli Amerika rəsmiləri verir. Bu bəyanatları hazırda nümayəndə heyəti Yerevanda olan ABŞ dövlət katibinin müavini Riçard Verma da təsdiqləyib.

Ermənistanın xarici işlər naziri ilə görüşdə Verma vurğulayıb ki, Yerevndakı müzakirələr nəticəsində Vaşinqton sülh, iqtisadiyyat, ticarət və digər sahələrdə irəliləyiş əldə etmək üçün hansı addımların atılacağına dair aydın yol xəritəsinin olmasını və ER-ABŞ əməkdaşlığını yeni səviyyədə davam etdirməyi istəyir.

Politoloq Ruben Mehrabyan qeyd edib ki, Ermənistan və ABŞ hər ikisi bir-biri ilə strateji münasibətlərin vacibliyini qeyd edirlər.

“Və bütün bunlarla əlaqədar olaraq onlar indi hadisələrin cədvəlini və ya tərəflərin əməl etməli olduğu yol xəritəsini hazırlayırlar”.

Paşinyanla görüşdə Riçard Verma ABŞ-nin Ermənistanla müxtəlif istiqamətlərdə, o cümlədən yerli orqanlar və icmalar arasında, iqtisadiyyat, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.

Görüşlə bağlı yayılan bıyanatda qeyd olunub ki, “görüşdə həmsöhbətlər bu il aprelin 5-də Brüsseldə keçirilən yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Ermənistan-Azərbaycan sülh müqaviləsi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi, “Sülh kəsişməsi” layihəsi ilə bağlı müzakirələr ətrafında fikir mübadiləsi aparılıb”.

Beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyanın fikrincə, bununla belə, Ermənistan-Amerika strateji tərəfdaşlığı təkcə imkanları deyil, həm də riskləri ehtiva edir. Ekspert münasibətləri “3+3” formatında həll etmək yanaşması ilə İranın dəyişməz mövqeyini xatırladır.

Onun sözlərinə görə, Ermənistan Qərb üçün xarici siyasət problemlərini həll etmək üçün etibarlı platforma olmağa razılaşdıqca, Ermənistan ABŞ üçün maraqlı olacaq.

Mehrayan qeyd edir ki, İranın mövqeyi ondan ibarətdir ki, Ermənistanın təhlükəsizliyi həm də İranın təhlükəsizliyidir, bunu müxtəlif İran rəsmiləri müxtəlif vaxtlarda bəyan ediblər. Ekspertin fikrincə, ABŞ-Ermənistan strateji tərəfdaşlığının dərinləşməsi Ermənistanın təhlükəsizliyinə yönəlib.

“Bu qətiliklə İrana qarşı yönəlməyib. Rəsmi Yerevan inandırıcı şəkildə rəsmi Tehrana məlumat verməlidir ki, bizim addımlarımız müstəsna olaraq imkanlarımızı artırmaq, regionda yaradılmış disbalansın Ermənistanın zərərinə düzəltmək məqsədi daşıyır”.

Bu prosesdən Ermənistan, uzunmüddətli maraqlar baxımından İran da qazanacaq.

Daha çox göstər
Back to top button