Ekonomikaİctimaiyyət

AYİB Ermənistan, Azərbaycan və Gürcüstana yatırılan investisiyaların məlumatlarını təqdim edib

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz regionuna yatırdığı investisiyaların ümumi həcmi hazırda Ermənistanda 2,4 milyard avro, Azərbaycanda 3,7 milyard, Gürcüstanda isə 5,3 milyard avro təşkil edir.

“AYİB Türkiyənin əsas investorlarından biridir. 2009-cu ildən bank 442 layihə vasitəsilə 19,8 milyard avro sərmayə qoyub. Ötən il AYİB-in Türkiyəyə yatırdığı 2,5 milyard avro investisiyanın 91%-i özəl sektora, təxminən 58%-i isə ölkənin yaşıl iqtisadiyyata keçidinə yönəldilib.

Türkiyə hələ də AYİB-in ən böyük bazarıdır və bank ötən ilki zəlzələlərdən sonra Türkiyənin bərpa və yenidənqurma ehtiyacları üçün 2023-cü ildə ölkəyə rekord məbləğdə 2,5 milyard avro sərmayə qoyub.

Biz həmçinin zəlzələdən zərər çəkmiş şəhərlərin bərpasında ölkəyə dəstək verməyə sadiqik”.

Daha çox göstər
Back to top button