BaşlıcaSiyasət

Ermənistan “MR-SAM” və “Akash-NG” sistemlərinin imkanlarını hərtərəfli öyrənəcək və ondan sonra qərar verəcək

Ermənistan Hindistandan hərbi məhsulların daha geniş çeşidi, o cümlədən qabaqcıl hərbi pilotsuz uçan aparatlar və orta məsəfəli “yer-hava” raketləri almağa can ataraq, öz müdafiə tədarükü strategiyasını genişləndirir. “Armenpress”in məlumatına görə, bu barədə “Indian Defense Research Wing” portalı məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan artıq Akash 1S hava hücumundan müdafiə sistemi əldə edib və Hindistan-İsrail istehsalı olan MR-SAM orta mənzilli raketləri və Akaş-NG orta məsəfəli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını müzakirə edir.

“Hindistanın hələ də Akash 1S sisteminin Ermənistana tədarükünə başlamamasına baxmayaraq, bu tədarüklərin gələn ildə başlayacağı gözlənilir.

Akash 1S hava təhdidlərindən etibarlı müdafiəni təmin edərək 30 km-ə qədər məsafədə təyyarələri vura bilən müasir hava hücumundan müdafiə sistemidir. Akaş 1S-dən başqa Ermənistan daha iki raket əleyhinə müdafiə sisteminə maraq göstərib.

Hindistan və İsrailin əməkdaşlığı ilə hazırlanmış MR-SAM artıq istehsaldadır və effektiv cihaz kimi təsdiq edilmişdir

Akash raketinin təkmilləşdirilmiş versiyası olan Akash-NG isə hələ də Hindistan ordusu və Hərbi hava qüvvələrinin sifarişlərini gözləyir ki, bu da onun girişini 2-3 il gecikdirə bilər”- deyə  “IDRW” portalı qeyd edib.

IDRW mənbələrinin məlumatına görə, Ermənistan Akash 1S-nin tədarükünə başladıqdan sonra MR-SAM və Akash-NG sistemlərinin öz müdafiə tələblərinə cavab verməsini təmin etmək üçün hərtərəfli texniki qiymətləndirmələr aparmağı planlaşdırır.

“Bu qiymətləndirmələrə əsasən, MR-SAM və Akash-NG arasında qərar qəbul olunacaq”- deyə “IDRW” portalı qeyd edir.

Daha çox göstər
Back to top button