BaşlıcaSiyasət

Müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur: XİN

ER Xarici İşlər Nazirliyi bəyanat yayıb. XİN bəyantında qeyd olunur ki, rəsmi Bakının Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına cavabı şübhələrə səbəb olur. Döyüş və müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur.

“Ermənistan Respublikası bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması barədə ən yüksək səviyyədə razılığa gəliblər. Ermənistan Respublikası bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisindən kənarda heç bir ambisiyaya malik deyil.  Biz Azərbaycanı Ermənistan Respublikasının 30-dan çox kəndinin həyati əhəmiyyətli ərazilərinin işğalına son qoymağa çağırırıq.

Azərbaycanın hər dəfə regional eskalasiyaları proqnozlaşdırmaq davranışı bir çox düşüncülərə yol açır və bir sıra mərkəzlərin Azərbaycanın 2024-cü ildə Ermənistanla sülh sazişi bağlamaq prosesini dayandırmaq, noyabrda Bakıda keçiriləcək COP29 sammitindən sonra Ermənistan Respublikasına qarşı yeni təcavüzə başlamaq üçün hər şeyi edəcəyi ilə bağlı apardıqları təhlilləri əsaslandırır.  

Biz beynəlxalq ictimaiyyətin diqqətini buna, eləcə də rəsmi Yereanın 1 ay ərzində sülh sazişi bağlamaq təklifinin rəsmi Bakı tərəfindən cavabsız qalmasına yönəldirik”, – bəyanatda deyilir.

Daha çox göstər
Back to top button