BaşlıcaSiyasət

Norveç səfiri ER hökumətinin Dağlıq Qarabağdan məcburi köçkünlərin hüquqlarının təmin edilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirib

ER-nin Ədliyyə nazirinin müavini Karen Karapetyan Norveç Krallığının Gürcüstan və Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Bergliot Hovlandı qəbul edib. Bu barədə ER Ədliyyə Nazirliyi məlumat yayıb.

Görüşün əvvəlində nazir müavini xanım səfiri məsul vəzifəyə başlaması münasibətilə təbrik edib, Ermənistana səfərinə və görüşün təşəbbüskarlığına görə təşəkkür edib.

Nazir müavini Nazirlik ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığa toxunaraq, insan hüquqları, məhkəmə-hüquq, korrupsiya ilə mübarizə siyasəti, penitensiar və probasiya sahələrində AŞ proqramları çərçivəsində nazirliyin əldə etdiyi nəticələri xüsusi vurğulayıb.

Fövqəladə və Səlahiyyətli Səfir Bergliot Hovland ER hökuməti və Ədliyyə Nazirliyi tərəfindən insan hüquqlarının müdafiəsi, o cümlədən Dağlıq Qarabağdan məcburi köçkünlərin hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirib.

Görüşün sonunda tərəflər Nazirliyin fəaliyyətinin strateji istiqamətləri üzrə əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

Daha çox göstər
Back to top button