BaşlıcaEkonomikaSiyasət

Papoyan və Sara Morqentau Amerika qitəsinin yeni ixrac bazarı kimi müşahidə edilməsi məsələsini müzakirə ediblər

İyunun 18-də İqdisatiyyat naziri Gevorq Papoyan ABŞ Dövlət departamentinin Kommersiya və biznes məsələləri üzrə xüsusi nümayədəsi Sara Morqentaunu qəbul edib. Görüşdə həmçinin nazir müavini Narek Hovhakimyan iştirak edib.

Gevorq Papoyan qeyd edib ki, Ermənistan ABŞ-ın regionda uzunmüddətli sülhün bərqərar olunmasında, eləcə də Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında fəal dəstəyini yüksək qiymətləndirir.

Sara Morqentau ABŞ-ın Ermənistanla münasibətlərdə yeni iqtisadi imkanları nəzərdən keçirməyə və əməkdaşlığın miqyasını genişləndirməyə hazır olduğunu bir daha təsdiqləyib, eləcə də fəlakət nəticəsində zədələnmiş infrastrukturun bərpası məsələsində öz dəstəyini ifadə edib.

Tərəflər ER-ABŞ ticarət-iqtisadi əməkdaşlığı, ER ixracının diversifikasiyası və bu kontekstdə Amerika qitəsinin yeni ixrac bazarı kimi müşahidə edilmsəi, habelə USAİD-in köməyi ilə ixrac strategiyasının işlənib hazırlanmasına dair hazırda fəal müzakirələr mərhələsində olan məsələləri müzakirə ediblər.

2024-cü ilin payızında Ermənistan Respublikasında keçiriləcək “Amerika ölkələrinin rəqabət qabiliyyətinin mübadiləsi” layihəsinin növbəti tədbirinə istinad edilib ki, bu da Ermənistanın iqtisadi potensialını nümayiş etdirmək və Şimali və Cənubi Amerikaları ilə yeni biznes əlaqələrini təşviq etmək üçün unikal imkan yaradır.

Gevorq Papoyan nümayəndə heyətinə ER hökumətinin “Sülh kəsişməsi” layihəsinin imkanlarını və prinsiplərini təqdim edib.

Daha çox göstər
Back to top button