BaşlıcaSiyasət

Aİ Ermənistana 18 milyon avro dəstək verəcək

Hökumət Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında “Ermənistan Respublikası üçün Dövlət və Dayanıqlılığın Gücləndirilməsi haqqında Saziş”in maliyyələşdirilməsi sazişini təsdiqləyib.

ER baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, 2024-cü ilin birinci rübündə imzalanmış ümumi dəyəri 15 milyon avro olan bu proqramın məqsədi Ermənistanın sosial-iqtisadi dayanıqlığını dəstəkləmək, xüsusilə, Dağlıq Qarabağdan məcburi köçkünlərin prioritet, orta və uzunmüddətli problemlərinin həllinə, habelə onların uzunmüddətli sosial-iqtisadi inteqrasiyasına töhfə verməkdir.

Mher Qriqorya bildirib ki, hökumətin hesabat verilməyən məsələlər paketində olan başqa bir razılaşma ilə Aİ daha 3 milyon avro dəstək verəcək.

“Bu proqram həm də hökuməti daha geniş islahatlar prosesində dəstəkləmək, eləcə də Dağlıq Qarabağdan məcburi köçkünlərin gələcək sosial-iqtisadi inteqrasiyası məqsədi daşıyır”.

Daha çox göstər
Back to top button