BaşlıcaSiyasət

Ararat Mirzoyan KTMT-yə üzv ölkələrin XİN-ləri Şurasının qarşıdan gələn sessiyasında iştirak etməyəcək

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan KTMT-yə üzv ölkələrin Xarici işlər departamentləri rəhbərləri şurasının iyunun 21-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək iclasında iştirak etməyəcək.

 Bu barədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistin sualına cavab verib.

2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan etdi və daha sonra təşkilata üzvlük haqqını da ödəməkdən imtina etdi. İyunun 12-də Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxacağını istisna etməyib.

Daha çox göstər
Back to top button