BaşlıcaSiyasət

ER Əİİ naziri ABŞ Dövlət departamentinin xüsusi nümayəndəsi ilə Amerika şirkətlərinin yol tikintisi layihələrində iştirakını müzakirə edib

ER Ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan ABŞ Dövlət departamentinin ticarət və biznes məsələləri üzrə xüsusi nümayəndəsi Sara Morqentaunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin  tərkibində həmçinin ABŞ-ın Ermənsitandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Alison Kvin olub.

“Armenpress”in məlumatına görə, ER Ərazi idarəetmə və infrastruktur nazirliyindən bildiriblər ki, nazir qonaqları salamlayıb, Sara Morqentaunun Ermənistana səfərinin əhəmiyyətini, Ermənistanla ABŞ arasında dostluq və ticarət əlaqələrinin dərinləşməsini vurğulayıb.

“Görüş zamanı Amerika şirkətlərinin Ermənistanda beynəlxalq tender proseduru ilə həyata keçirilən müxtəlif infrastruktur layihələrində, o cümlədən yol tikintisi layihələrində iştirakı, Amerika investisiyalarının cəlb edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazir Sanosyan həmçinin Sara Morqentauya “Sülh kəsişməsi” layihəsinin təfərrüatlarını, layihə çərçivəsində gözlənilən infrastruktur layihələrini təqdim edib” – deyə məlumatda bildirilir.

Verilən məlumata görə, Lori və Tavuş bölgələrində fəlakətdən sonra yaranmış vəziyyət də müzakirə olunub. Sara Morqentau vurğulamışdır ki, fəlakətdən sonra körpülərin və digər infrastrukturların bərpası məsələsi onların diqqət mərkəzindədir.

İki ölkə arasında birbaşa uçuşların başlanması və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Daha çox göstər
Back to top button