BaşlıcaSiyasət

Ermənistan və Fransa arasında CAESAR haubitsalarının tədarükünə dair müqavilə nə deməkdir?

Fransa və Ermənistan hərbi-texniki əməkdaşlıq çərçivəsində Ermənistana CAESAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalayıblar. 2023-cü ilin Dekabrın əvvəlində Fransa Senatı “müdafiə” və “hücum” silahları arasındakı fərqi bacarıqsız adlandıraraq öz hökumətinə Ermənistana CAESAR artilleriya sisteminin tədarükünün mümkün qədər tez öyrənməsini və Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməyi məsləhət görüb.

Yerevan regional demokratiya və təhlükəsizlik mərkəzinin hərbi eksperti Eduard Arakelyanın Civilnet.am-da yazdığına görə, CAESAR-in tədarüküna dair müqavilə göstərir ki, Fransa hava obyektlərin aşkar edilməsi radaları, müşahidə və kəşfiyyət avadanlıqları, snayper tüfəngləri və hərbi təhsil proqramlarının tədarükü ilə məhdudlaşmayacaq.

Üstəlik, Fransanın hava hücumundan müdafiə sistemləri və tank əleyhinə raket komplekslərinin istehsalı sahəsində qabaqcıl texnologiyalara malik olduğunu nəzərə alaraq gözləmək olar ki, bu istiqamətdə müəyyən irəliləyişlər olacaq və Ermənistan ordusu nəhayət,  son nəsil tank əleyhinə vasitələr və ultraqısa məsafədən uzaq mənzilə qədər zenit-raket kompleksləri ilə tamamlanacaq.

CAESAR haubitsalarının tədarükü Ermənistan tərəfindən alınmış 40 km atəş məsafəsinə malik eyni çaplı Hindistan yedəklənmiş ATAGS 155/52 haubitsalarını, eləcə də 24 km atəş məsafəsinə malik M777 haubitsasının özüyeriyən MArG 155/39 analoqunu harmonik şəkildə tamamlaya bilər.

Fransanın CAESAR haubitsaları real döyüş şəraitində sınaqdan keçirilib və bu gün Ukraynada uğurla istifadə olunur. Haubitsa yüksək hərəkət qabiliyyətinə, sürətli yerləşdirmə və atəşə hazırlığa və uzun atəş məsafəsinə malikdir.

Haubitsa istehsal olunan 155 mm-lik artilleriya döyüş sursatlarının tam çeşidindən istifadə edə bilər, bu o demək ola bilər ki, məsələ Fransada istehsal olunan hər hansı xüsusi döyüş sursatına (idarə olunan və tənzimlənən) aid deyilsə, yalnız Fransadan sursatların tədarükünü gözləmək lazım deyil.

Daha çox göstər
Back to top button