BaşlıcaSiyasət

İranda “Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolu xətti istifadəyə verilib

İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan, Xəzər dənizinin cənub sahilində yerləşən Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu xəttini istifadəyə verib.

Bu barədə İran hökuməti məlumat yayıb.

“İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Mohberin iştirakı ilə Rəşt-Xəzər dəmir yolunun bir hissəsi istifadəyə verilib”, – məlumatda qeyd edilib.

37 kilometr uzunluğunda olan Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal limanlarını birləşdirməyə imkan verir. Bu, Xəzər dənizi ilə Fars və Oman körfəzləri arasında birləşdirici halqadır.

Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından artıq İranın şimal-qərbində Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin inşası planlaşdırılır.

Qeyd edək ki, Ermənistan da Şimal-Cənub yol dəhlizinin bir hissəsidir. Dəhlizin investisiya proqramına rəsmi olaraq 2009-cu ildə start verilib.

Daha çox göstər
Back to top button