BaşlıcaSiyasət

“Xarici agentlər haqqında” qanununun qəbulu Gürcüstanın Aİ-yə inteqrasiyasını dondurub: Səfir

Xarici agentlər haqqında qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dondurub. Bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski “İnterpress”-ə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, dəfələrlə xəbərdarlıq edilib ki, “Xarici təsirin şəffaflığı” qanununun qəbulu Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəklərinə mənfi təsir göstərəcək.

“Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, hazırda münasibətlərimizdə çətin dövrdəyik. Biz dəfələrlə bildirmişik ki, “xarici təsir” qanununun qəbulu Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəklərinə mənfi təsir göstərəcək, təəssüf ki, bu baş verdi. Aİ nəticələri gələn həftə müzakirə edəcək.

Bu müzakirələr əvvəlcə xarici işlər nazirləri səviyyəsində, bir neçə gündən sonra isə liderlər səviyyəsində olacaq.

Təbii ki, bu, Gürcüstanın tərəqqi perspektivinə mənfi təsir göstərdi. Hesab edirəm ki, bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dondurdu. Bildiyiniz kimi, Avropa İttifaqına inteqrasiya yekdillik tələb edir və biz artıq eşitmişik ki, bir neçə üzv dövlət açıq şəkildə bəyan ediblər ki, qanun qəbul edilərsə, Gürcüstanla üzvlük danışıqlarının başlanmasının əleyhinə olacaq”, – səfir qeyd edib.

Daha çox göstər
Back to top button