BaşlıcaSiyasət

Yuxarı Larsa aparan yeni yol 2025-ci ilin sonuna  qədər hazır ola bilər

Yerevan-Tbilisi-Vladiqafqaz strateji avtomobil yolunun Şeti-Kobi altından keçən 23 kilometrlik yeni hissəsinin tikintisi fəal şəkildə davam etdirilir və gələn ilin sonunadək başa çatdırılacaqdır.

“commersant.ge” xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur nazirliyinin Avtomobil nəqliyyatı üzrə departamenti məlumatlandırıb.

Departamentin məlumatına görə, tarixi “Gürcüstanın Hərbi yolu”nun bu yeni hissəsi Ermənistan və Gürcüstandan Rusiya Federasiyası istiqamətində qar uçqunları və sel sürüşmələri ilə əlaqədar avtomobillərin mütəmadi dayanması problemini həll edəcək.

Payız-qış və yaz-yay dövrlərində tez-tez yüzlərlə, bəzən minlərlə yük maşını günlərlə magistral yolda dayanaraq, hərəkəti bərpa etmək üçün Gürcüstan Yol Polisinin icazəsini gözləyir.

 Kuşeti-Kobi yolu yüksək dağ aşırımlarından yan keçərək Cənubi Qafqaz ölkələrindən Rusiyaya və əks istiqamətdə hərəkət etməyə imkan verir.

Bu məqsədlə yolda beş tunel tikilir. Onların arasında doqquz kilometrlik unikal tunel var. Bundan əlavə, beş körpünün tikintisi aparılır. Avtomobil nəqliyyatı departamentinin məlumatına görə, yolun Kuşeti-Kobi hissəsi istifadəyə verildikdən sonra strateji əhəmiyyətli avtomobil yolu “artıq qışda bağlanmayacaq”.

 Tbilisidən Rusiya Federasiyasının sərhədinə qədər olan yol isə cəmi 1 saat davam edir. 2,5 saat əvəzinə 45 dəqiqə.

Mətn  factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button