BaşlıcaSiyasət

Ermənistana SEZAR haubitsalarının verilməsi Bakını narahat edir – VİDEO

Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq və Ermənistana SEZAR özüyeriyən haubitsalarının verilməsi haqqında saziş imzalanıb.

Fransanın müdafiə naziri Sebastien Lekornu “X” hesabında “SEZAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduqlarını bildirib.

SEZAR özüyeriyən 155 millimetrlik, 52 kalibrli topdur və qabaqcıl mərmilərlə atış məsafəsi 55 kilometri ötür. SEZAR NATO-nun döyüş sursatları standartlarına uyğundur.

Qeyd edək ki, dekabrda Fransa Senatı hökuməti Ermənistana “Sezar”ların verilməsi məsələsini mümkün qədər sürətləndirməyə çağırıb. Sebastien Lekornu Yerevanda da bəyan etmişdi ki, bu regionda həm əhalinin, həm də sərhədlərin qorunmasıdır prioritetdir və Fransa Ermənistana müdafiə xarakteri daşıyan texnika verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində Fransanın müdafiə naziri ilə görüşüb və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari gedişatını müzakirə edib. Bildirilir ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.

“Sezar” haubitsalarının alınması ilə bağlı məlumatın yayılmasından sonra aylardır Fransaya qarşı açıq ittihamlar səsləndirən rəsmi Bakı bu dəfə Yerevan və Parisi yeni müharibəyə aparan yol seçməkdə ittiham edib.

ER Xarici İşlər Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin ittihamına reaksiya verərək qeyd edib ki, döyüş qabiliyyətli və müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və Azərbaycanın hər dəfə regional eskalasiyaları proqnozlaşdırmaq davranışı bir çox düşüncələrə yol açır və bir sıra mərkəzlərin Azərbaycanın 2024-cü ildə Ermənistanla sülh sazişi bağlamaq prosesini dayandırmaq, noyabrda Bakıda keçiriləcək COP29 sammitindən sonra Ermənistana qarşı yeni təcavüzə başlamaq üçün hər şeyi edəcəyi ilə bağlı apardıqları təhlilləri əsaslandırır.

Eyni zamanda, rəsmi Bakı Ermənistanın Hindistan və Yunanıstanla hərbi əməkdaşlığını genişləndirməsinə aqressiv reaksiya verir, ancaq Azərbaycan silahlandığını və yeni hərbi razılaşmalara malik olduğunu gizlətmir.

Azərbaycanın ikiüzlülüyünün son nümunəsi isə odur ki, müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyevin Serbiyada “Yugoimport SDPR” şirkətini ziyarət edib və şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Daha sonra “Rastko Nemanyiç” hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub. Orada Vəliyəvə silah və texnika nümunələri təqdim edilib.

Serbiya aktiv şəkildə silahlanan, milyardlarla dollarlıq silahlar alan və aqressiv ritorikasını davam etdirən Azərbaycana silah verməklə qandan qazanc əldə etməkdə davam edir.

Daha çox göstər
Back to top button