Fələstin prezidenti Mahmud Abbasın ofisi Fələstin dövlətinin tanınmasına görə Ermənistana təşəkkür edib, VAFA agentliyi cümə günü bildirib.
“Ermənistanın müdrik addımı iki dövlətin (İsrail və Fələstin) sülh şəraitində birgə yaşayışını nəzərdə tutan plana uyğundur. Bu, beynəlxalq iradə və legitimliyi qoruyan strateji seçimdir”, – qəzet ofisin bəyanatından sitat gətirir.
Fələstin Milli Administrasiyası Ermənistana “mühüm qərara görə” təşəkkür edərək, bunu ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də regionda sülh və sabitliyin bərqərar olması üçün mühüm addım adlandırıb.