Başlıcaİctimaiyyət

Rusiya Federasiyası Azərbaycanda beynəlxalq axtarışda olan iki azərbaycanlını ekstradisiya edib

APA-nın Azərbaycan Baş prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki azərbaycanlı Rusiyadan Azərbaycana ekstradisiya edilib.

“Beynəlxalq müqavilələrin müddəalarına əsasən, Azərbaycan vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyub oğlunun Rusiyadan ekstradisiyası barədə qərar qəbul edilib.

Abşeron Rayon Polis şöbəsində ibtidai istintaqı aparılan cinayət işləri çərçivəsində İbrahimov Murad Teyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun isə dələduzluq törətməsi müəyyən edilib.

 Buna görə də onların təqsirləndirilən şəxs qismində təqib edilməsinə dair qərarlar qəbul edilib və beynəlxalq axtarış elan edilib.

Azərbaycan mətbuatının məlumatına görə, Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyası ərazisində həbs edilərək Ədliyyə nazirliyi penitensiar xidmətinin xüsusi karvanının müşayiəti ilə Azərbaycana gətirilib.

Daha çox göstər
Back to top button