BaşlıcaMədəniyyətSiyasət

Artsax ermənilərinin məcburi köçürülməsi aradan qaldırılmayan mədəni və humanitar böhran yaradıb: monumentwatch.org

BMT Baş Assambleyasının 4 Dekabr 2000-ci il tarixli 55/76 qətnaməsinə əsasən, dünyada qaçqınlar haqqında məlumatlılığın artırılması məqsədilə  İyunnun 20-i Ümumdünya Qaçqınlar günü kimi qeyd olunur. Bu, məcburi köçürülmüş Artsax ermənilərinin hüquqlarının pozulması, o cümlədən mədəniyyət hüququnun pozulmasını dünyaya xatırlatmaq üçün növbəti təkandır. Həmin pozuntuların nəticəsində onların tarixi və mədəni yerlərini ziyarət etmək, cəmiyyətin mədəni həyatında iştirak etmək və ənənəvi bilikləri nəsillərə ötürmək imkanından məhrumdurlar. Bu barədə Monumentwatch.org yazır.

Azərbaycanın başlatdığı 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü il 19 Sentyabr hərbi əməliyyatları nəticəsində Artsaxdan məcburi köçkünlərin ümumi sayı 120 mindən çoxdur.

Məcburi köçürülməsi nəticəsində Artsax erməniləri öz sosial-mədəni dəyərlərindən ayırmış, tarixi vətənin təbiəti, abidələri, icması və mədəni landşaftı ilə bağlı bilik, adət və təcrübələri həyata keçirmək və gələcək nəsillərə ötürmək imkanından məhrum edilmişlər.

Tarixi-mədəni abidələrindən zorla uzaqlaşma, onların dağıdılması və təhqir olunması mədəniyyət hüququnun hərtərəfli həyata keçirilməsi üçün aradan qaldırılmayan çağırışlar yaratmışdır. İcma həyatının parçalanma prosesi, təbii mədəni mühitdən və landşaftdan uzaqlaşdırılması  həm də qeyri-maddi irsin bir çox elementlərinin: ləhcənin, ənənəvi yeməklərin, sənətkarlığın, bayramların, festivalların, icma oyunlarının, kənd təsərrüfatı  və məişət mədəniyyətinin tədricən yoxa çıxmasına, qeyri-formal mədəni təhsilin dayandırılmasına səbəb olmuş və  şəxsiyyət bütövlüyünün qorunmasında sistemli problemlər yaratmışdır.

Bütün qeyd olunan proseslər birbaşa Artsax ermənilərinin mədəni hüquqlarının pozulması və həyata keçirilməsi problemləri ilə bağlıdır.

Mədəniyyət hüququnun ilk ümumi təminatı “İnsan hqüquqları və əsas azadlıqlar haqqında” bəyannamənin 27-ci maddəsidir: “Hər kəsin cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək (United Nations. 1948. Universal Declaration of Human Rights, Art. 27.1. Paris: United Nations),  incəsənətdən zövq almaq, elmi tərəqqidə və onun faydalarında iştirak etmək hüququ vardır”. YUNESKO-nun şərhi sonuncunu təsdiq edib ki, cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ həm də hər kəsin mədəni irsə daxil olmaq, mədəni təcrübələrdə iştirak etmək və həzz almaq hüququnu təmin edir.

Mədəniyyət hüququnun araşdırılması üçün digər əsas mənbə BMT-nin “İqtisadi, sosial, siyasi və mədəni hüquqlar” haqqında beynəlxalq Paktının 15-ci maddəsidir ki, bu da öz 1/a  bəndi ilə mədəniyyət hüququnu  “…hər kəsin öz mədəni həyatında iştirak etməsi” kimi müəyyən edir. (Committee on Economic, Social and Cultural Rights, 2009, General Comment No. 21)”.

Bir çox ekspertlərin qiymətləndirilməsinə görə, məcburi köçkünlük hətta müharibənin dəhşətlərini belə ötüb keçərək, davam edən müharibə və zorakılığın bir formasıdır. Bu, həm də beynəlxalq adət hüququna görə cinayətdir (International Committee of the Red Cross; ICRC; 2019, April; Displacement in Times of Armed Conflict: How International Humanitarian Law Protects in War and Why It Matters. p. 22).

Məcburi köçkünlük nəticəsində Artsax ermənilərinin mədəni hüquqlarının pozulmasını qiymətləndirməyə çalışarkən, mədəni irs ərazilərinə girişin qadağan edilməsi, mədəni təcrübələrin, şəxsiyyətin davamlılığının və yenidən yaradılmasının dayandırılması psixoloji travma və şəxsiyyətin inkarı  kimi bir sıra problemlərlə üzləşirik.  İcmaların məcburi köçürülməsi və kimlik elementlərinin özgəninkiləşdirilməsinin mənfi nəticələrindən biri də keçmişin sosial yaddaşının qaralmasıdır.

Artsax ermənilərinin məcburi köçürülməsi aşılmaz mədəni və humanitar böhran yaradıb.  Beynəlxalq Qaçqınlar günündə onların mədəni hüquqlarının pozulması hallarının tanınması və aradan qaldırılması zəruridir. Artsax ermənilərinin zəngin mədəni irsinin qorunması və qorunub saxlanması təkcə ədalət məsələsi deyil, həm də vacib qlobal mədəni mozaikanın müxtəlifliyini və zənginliyini qorumaq üçün imperativdir.

Daha çox göstər
Back to top button