BaşlıcaSiyasət

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mənbəsinə çevrilə bilərmi?

“Azərbaycan dəmir yolları” dövlət şirkəti fövqəladə hadisə ilə bağlı məlumat yayıb: İyunun 19-da Ağstafa-Bakı qatarı elektrik verilişində texniki nasazlıq səbəbindən relsdə ilişib. Sərnişinləri evakuasiya edib avtobuslara köçürməli olublar.

“Turan” agentliyi infrastrukturun texniki cəhətdən yararlı olması ilə bağlı jurnalist araşdırması aparıb və müəyyən edib ki,  Bakıda və Abşeron yarımadasında istehlakçılar “Azərişıq” dövlət şirkəti tərəfindən verilən elektrik enerjisinin aşağı gərginliyindən daim şikayət edirlər: stabilizatorlar gərginliyin səviyyəsini müqavilədəki 220 əvəzinə 150-160 volt göstərirlər.

Bu, məişət cihazlarının sıradan çıxmasına gətirib çıxarır, kondisionerlər isə işləmir. “Azərişıq” dövlət agentliyi problemin olduğunu inkar etməyib, lakin əlverişsiz hava şəraitinə istinad edib.

“Vəziyyət Azərbaycanın elektrik enerjisi paylayıcı şəbəkəsində gündəlik həyata və nəqliyyat xidmətlərinə təsir edən davamlı infrastruktur problemlərini vurğulayır”- deyə “Turan” xülasə edib.

Çox yumşaq deyilib. Xüsusən də İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin mənbəsinə çevrilməsi imkanları ilə bağlı səs-küylü bəyanatları fonunda.

Daha çox göstər
Back to top button