Başlıcaİctimaiyyət

Bakıda cinayətkar ailə üzvlərini önə verərək 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirib

İyunun 24-də Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Maraqlıdır ki, Bakıda insident Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində törədilən terror aktlarından sonra baş verib. Dağıstan Azərbaycanla həmsərhəddir. Dərbənd Dağıstanda Azərbaycan mafiyasının mərkəzi kimi tanınır. Ola bilsin ki, Allahverdiyevin Dağıstan ekstremist qrupları ilə cinayət əlaqəsi olub.

Daha çox göstər
Back to top button