BaşlıcaEkonomikaİctimaiyyət

Ermənistan orta aylıq əmək haqqına görə Cənubi Qafqazda liderdir: CEOWORLD

2024-cü ildə ən yüksək orta aylıq əmək haqqı İsveçrədə 8 111 dollar, Lüksemburqda 6 633 dollar, ABŞ-da 6 455 dollar, İslandiyada 6 441 dollar, Norveçdə 5 665 dollar, Danimarkada 5 642 dollar, Kanadada 5 081 dollar, Qrenlandiyada 4 665 dollar, İrlandiyada 4 622 dollar, Hollandiyada 4581 dollar olub.

CEOWORLD jurnalı 196 ölkənin daxil olduğu reytinq cədvəlini hazırlayıb.

Ermənistan 541 dollar əmək haqqı ilə 92-ci yeri tutub. Gürcüstan  93-cü yer: 534 dollar, Azərbaycan  99-cu yer: 494 dollar, Rusiya  34-cü yer – 2159 dollar.

Maliyyə, sığorta, elektrik enerjisi, mədənçıxarma, informasiya texnologiyaları, pərakəndə satış və təhsil ən yüksək maaşlı işləri təklif edir. Digər tərəfdən, inzibati dəstək, mehmanxana biznesi və tikinti ən aşağı ödənişli sektorlardır.

Lakin, müxtəlif ölkələrdə maaşları müqayisə edərkən inflyasiya faktorunu nəzərə almaq vacibdir. Son illər bir çox ölkələrdə yüksək səviyyədə inflyasiya qeydə alınıb ki, bu da alıcılıq qabiliyyətinə toxuna bilər.

İnflyasianın bu templəri əsasən pandemiya və bunun nəticəsində tədarük zəncirinin pozulması ilə əlaqədar idi. Bundan başqa, geosiyasi risklər, xüsusilə Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Çin strateji rəqabəti, Yaxın Şərqdə davam edən münaqişə, Hindistan və Çin arasında geosiyasi rəqabət və Çinin iqtisadi artımının ləngiməsi yuxarıda qeyd olunan problemləri daha da dərinləşdirib.

İsrail və HƏMAS arasında münaqişə isə həmin vəziyyəti daha da pisləşdirə bilər.

Daha çox göstər
Back to top button