BaşlıcaMədəniyyət

Putinin nümayəndəsi:  “Ermənistanla Rusiya arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy TASS-a bildirib ki, xüsusilə kinematoqrafçıların hazırlanması məsələsində Rusiya ilə Ermənistan arasında mədəni əməkdaşlığa ehtiyac çox böyükdür.

Yaxın vaxtlarda Ermənistanda orta səviyyəli kinorejissorların hazırlanması üçün kollecin yaradılması ilə bağlı danışıqlara başlanılacaq.

“Kino yoldaşları deyirlər ki, orta səviyyəli mütəxəssislərə böyük tələbat var. Bunlar işıq texnikləri, vizajistlər və rejissor köməkçiləridir. Düşünürəm ki, yaxın vaxtlarda VGİK iləYerevanda kollecin yaradılması ilə bağlı danışıqlara başlanılacaq.

 Həm teatrda, həm də kinoda ehtiyac duyulan orta səviyyəli mütəxəssislər hazırlanacaq. Tamamilə aydındır ki, bu istiqamətdə tələbələrarası mübadilələri gücləndirmək lazımdır. Təcrübə və tələbə mübadiləsinə maraq kifayət qədər yüksəkdir” –deyə  Şvidkoy bildirib.

O, əlavə edib ki, mədəniyyət və incəsənət sahəsində Ermənistan və Rusiya arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini dərindən dərk edirlər.

“Həm keçmiş təcrübəmiz sayəsində, həm də ona görə ki, Rusiya bazarı hələ də erməni tərəfdaşlarımız üçün cəlbedicidir” – deyə  Şvidkoy qeyd edib.

O, əlavə edib ki, bəzi problemlər, xüsusən də erməni və rus ədəbiyyatının tərcüməsində çətinliklər var.

Ermənistan Respublikası Baş nazirinin aparat rəhbəri, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan ilə görüş ərəfəsində Şvidkoy tərəfdaşlarının mədəni mübadilələrə böyük marağını qeyd edib.

“Biz müasir erməni ədəbiyyatını kifayət qədər səthi bilirik. Ermənilər də rus mədəniyyətində baş verənləri kifayət qədər yaxşı bilmirlər. Düşünürəm ki, bu mənə filmdəki vəziyyəti xatırladır. Eyni zamanda, bir-birinə böyük maraq, fəal əməkdaşlıq istəyi var”.

Daha çox göstər
Back to top button