BaşlıcaSiyasət

BQXK əməkdaşları Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkiblər

İyun ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsirlərə yenidən baş çəkiblər.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.

Daha çox göstər
Back to top button