İdman

Avropa Şurası Maqdalena Qrononu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiq edib  

Avropa Şurasının qərarına əsasən, Maqdalena Qrono Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilib.

Bu  haqda Avropa Şurasının  mətbuat  məlumatında yazılır. Magdalena Grono ilkin 12 ay müddətinə 2024-cü il sentyabrın 1-də Tolvo Klaarı əvəz etməklə vəzifəsinə başlayacaq.

 O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində münaqişələrin, o cümlədən Gürcüstandakı böhranın və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin sülh yolu ilə həllinə töhfə verəcək.

 O, regionla bağlı əsas maraqlı tərəflərlə işləyəcək və hökumətlər, parlamentlər, digər mühüm siyasi aktorlar və vətəndaş cəmiyyəti ilə əlaqələri inkişaf etdirəcək, ümumi regional maraq mövzuları üzrə əməkdaşlığı təşviq edəcək və dəstəkləyəcək” – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button