Başlıcaİdman

İranın qadın futbol komandasından “Pyunik”-ə

İranın qadın futbol komandasının 4 futbolçusu “Pyunikə” qoşulub.

“Ermənistan çox xoş, sevimli ölkədir, məncə, bizdən gözlənilənləri erməni komandalarına verə bilərik”,- İran millisinin və Pyunikin müdafiəçisi Fateme Adeli Azatutyana deyib.

“Bizi komandada çox mehriban qarşıladılar, dil problemimiz olsa belə, bizə kömək etdilər, çox mehribandırlar və buna görə də komandaya çox tez qoşula bildik”, Fateme əlavə edib.

İran yığmasının qapıçısı Mina Nafei 12 illik təcrübəsinin qarşıdakı oyunlarda erməni “Pyunik”inin qapısını toxunulmaz saxlamağa kömək edəcəyinə ümid edir.

“Komandaya yeni imkanların əlavə olunduğunu və bundan əvvəl Pyunikdə artıq yaxşı yerli oyunçuların olduğunu nəzərə alsaq, hər şeyin yaxşı olacağını düşünürəm, şəxsən mən müsbət enerji göndərirəm və ümid edirəm ki, ən yaxşı şəkildə çıxış edəcəyik”.

Qarşıda Çempionlar Liqası var, iranlı futbolçuların Ermənistan çempionu “Pyunik Qızları” komandasında ilk rəsmi oyunu sentyabrda olacaq. Komanda Kiprin “Apollon Ladies” komandası ilə yarışacaq.

Komandanın baş məşqçisi “Pyunik”in yeni heyətindən razıdır, ümidlərin özünü doğrultduğunu deyir.

Daha çox göstər
Back to top button