BaşlıcaSiyasət

Aramayis Ağabekian: ”Rusiya-Azərbaycan hücumu senarisi var, RF və Azərbaycan ordusu ilə Ermənistana barmaq silkələyirlər”

Bu gün rəsmi  Yerevan  Bakının guya iyulun 28-də saat 17:40 radələrində ER Silahlı qüvvələrinə məxsus kvadrokopterin Laçın rayonu ərazisində kəşfiyyat uçuşları həyata keçirməsi barədə məlumatı təkzib edib.

 Müdafiə nazirliyindən verilən məlumata görə, Bakıdan yayılan məlumat həqiqətə uyğun deyil. Bu gün Bakı PUA-niın xüsusi texniki vasitələrlə tutularaq ərazidən çıxarıldığını açıqlayıb.

 Bir neçə gün əvvəl Azərbaycan tərəfi də bəyan etmişdi ki, guya Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində ağır silahlardan, Tovuz istiqamətində isə pilotsuz uçuş aparatından istifadə edib.

“Bu cür təxribat xarakterli hərəkətlərin qarşısı alınmazsa, Azərbaycan silahlı qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə müvafiq addımlar atılacaq” – deyə Bakıdan təhdid səslənir.

ER Xarici işlər nazirliyi Azərbaycan Müdafiə nazirliyinin ER -nı eskalasiya ritorikasına daxil etmək cəhdlərinin qəbuledilməz olduğunu bildirən və bunu “anlaşılmaz” adlandıran təhdid xarakterli bəyanatına cavab verib.

Yerevan xatırladır ki, Azərbaycan insidentlərin araşdırılması mexanizminin yaradılması təklifinə cavab vermir. “Döyüşən qardaşlıq” təşkilatının üzvü, tarixçi Aramayis Ağabekian Faktor TV-yə müsahibəsində Ermənistana qarşı aydın strategiya gördüyünü deyir.

“Azərbaycan və Rusiya Qərbi gələcəkdə hərbi təcavüzə haqq qazandırmaq üçün Ermənistanı silahlandırmaqda ittiham edir. Azərbaycan ordusu ilə Rusiya Federasiyası Ermənistana barmağını  sikələyir, Rusiya-Azərbaycan hücum ssenarisi var.

Əliyev danışıqlar masasına əyləşib saziş imzalamayana qədər BMT Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanımamalıdır. Biz dövlətçiliyin itirilməsi ilə üz-üzəyik.

Müxalifət iddia edir ki, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün hakimiyyət sülhə alternativin olmadığını təbliğ edir. “Müharibə bitməyib, Rusiya və Azərbaycan ER-na  periferiya kimi baxır və əsas silah da  Əliyevin ordusudur” – deyə Aramayis Ağabekyan bildirib.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button