Ermənistan kiçik və orta biznesin davamlı inkişafına töhfə vermək məqsədi ilə noyabrın 5-10-da Çinin Şanxay şəhərində keçirilən 7-ci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edəcəkdir.
Aldığımız məlumata görə, bu barədə Ermənistanın İqtisadiyyat nazirliyi məlumat yayıb. Qeyd olunur ki, sərgidə 60 ölkədən 800-dən çox şirkət iştirak edib və bir stend pulsuz planlaşdırılıb.
Yaşayış və yol xərcləri iştirakçılar tərəfindən ödənilir. Sərginin təfərrüatları və iştirak şərtləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz. Maraqlananlar avqustun 9-dək aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.