BaşlıcaSiyasət

ER Müdafiə nazirinin müavini Polşa tərəfi ilə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

İyulun 30-da ER Müdafiə nazirinin müavini Arman Sarkisyan Polşanın müvəqqəti işlər vəkili Marçin Rujeçkini, Ermənistandakı hərbi attaşesi polkovnik Voyçex Visnevskini və yeni təyin olunmuş hərbi attaşe polkovnik Yarslav Oleşkeviçi qəbul edib. Bu haqda  ER Müdafiə nazirliyi məlumatlandırıb.

Arman Sarkisyan Yarslav Oleşkeviçi vəzifəyə başlaması münasibətilə təbrik edib, ona səmərəli fəaliyyət arzulayıb, birgə fəaliyyətinə və əməkdaşlığa görə polkovnik Vişnevskiyə təşəkkür edib.

Görüşdə Ermənistan və Polşa arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri və bir sıra məsələlər  müzakirə olunub.

Daha çox göstər
Back to top button