BaşlıcaMədəniyyət

Azərbaycan “Böyük və Kiçik Syunik” abidəsini məhv edib

Azərbaycanın nəzarətinə keçən “Böyük və Kiçik Syunik” abidəsi dağıdılıb. Bu barədə Monument Watch məlumat yayıb.

Artsax və Ermənistan Respublikalarının sərhəddində yerləşən “Böyük və Kiçik Syunik” abidəsinin statusu ilə bağlı müxtəlif xəbər mediası və ayrı-ayrı şəxslər, həmçinin Monumentwatch təşəbbüsü 2023-cü ilin aprelində həyəcan təbili çalıb.

2023-cü il martın 29-da Azərbaycan Laçın dəhlizinin bağladıqdan sonra “Böyük və Kiçik Syunik ” və ya “Ana Vətən” abidəsi məhv edilib. 

Abidə 2004-cü ildə Böyük və Kiçik Syunik birliyi ideyası ilə inşa edilmişdir. 2007-ci ildə abidənin ərazisində xaçkar ucaldılıb.

Erməni tərəfi 2023-cü il aprelin 3-də yalnız xaçkarı köçürüb.

Google peyk xəritəsinin 2024-cü ilin aprelində yenilənməsi ilə artıq abidənin yerlə-yeksan edildiyini görünür.

1954-cü il Haaqa Konvensiyası birinci maddəsində müəyyən edir: “Mədəni dəyər dini və ya dünyəvi xarakterindən asılı olmayaraq, mənşəyindən və mülkiyyətçisindən asılı olmayaraq hər bir xalq üçün böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz irsdir”. 

Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və repressiya hərəkətləri qadağandır.

Azərbaycanın nəzarətinə keçdikdən sonra “Böyük və Kiçik Syunik” abidəsi işğal olunmuş (işğal edilmiş, qəsb edilmiş) ərazilərdə mədəni və ya mənəvi dəyərlərin qorunması üçün nəzərdə tutulan yuxarıda qeyd olunan Konvensiyanın Birinci Protokolu ilə qorunmalı idi. 

Protokolun 1-ci bəndində deyilir ki, “Hər bir tərəf silahlı münaqişə zamanı işğal etdiyi ərazidən mədəni sərvətlərin zədələnməsinin, ixracının və ya üçüncü ölkəyə ötürülməsinin qarşısını almağı öhdəsinə götürür”.

Qeyd edək ki, Azərbaycan bu protokolu 20 sentyabr 1993-cü ildən qəbul edib və müddəalara əməl etmək öhdəliyini götürüb. Lakin bu və bir çox hadisələrin göstərdiyi kimi, Azərbaycan beynəlxalq konvensiyalar üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq mədəni soyqırımı həyata keçirir.

Daha çox göstər
Back to top button