Azərbaycan yenidən Artsaxın erməni mədəni irsini təhrif etməyə çalışır
Artsax yeparxiyası Artsaxın erməni mədəni irsini təhrif etmək və mənimsəmək üçün yeni cəhd barədə xəbərdarlıq edir.
Qeyd olunub ki, 20-ci əsrin ilk onilliklərindən başlayaraq, xüsusən də son dövrlərdə Ağvan kilsəsinin tarixi və etnik mənsubiyyəti məsələləri müxtəlif ölkələrin alimlərinin diqqət mərkəzində olub və olmaqda davam edir.
“Çoxlu əsərlər, monoqrafiyalar, məqalələr nəşr edilmiş, çoxlu beynəlxalq konfranslar təşkil edilmiş. Bu konfranslarda Ağvan kilsəsinin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər, o cümlədən etnik mənsubiyyət məsələsi olub.
Vurğulamaq çox vacibdir ki, erməni ilkin mənbələri bütün tədqiqatlar üçün mühüm əsas olub, bu da tamamilə aydın və məntiqlidir. Lakin qeyd etməliyik ki, bəzən ilkin mənbələrdən istifadə prosesində daha çox siyasi şəraitlə şərtlənən qeyri-adekvat və düzgün olmayan elmi yanaşmalara da yol verilirdi.
Sözügedən mənbələrin məqsədyönlü şəkildə təhrif edilməsi də çox gülməlidir. Faktların təhrid edilməsində Azərbaycan tarixçiləri öz misilsizdirlər. Onlar siyasi maraqlarına görə müxtəlif tərcümələrdən istifadə edərək Ağvan kilsəsinin və bütün Şərqi Qafqazın tarixi haqqında çaşqınlıq yaratmaqla yanaşı, tarixşünaslıq adı altında uydurmalar, tamamilə əsassız “hekayə”ləri ilə hər cür elmi, məlumatlandırıcı, təbliğat platformalarında tarixi təhrif edirlər, bu da, xalqların münasibətlərinə mənfi təsir göstərib, göstərməkdədir və bundan sonra da mənfi təsir göstərəcək.
Son zamanlar Vatikanın rəsmi “L’Osservatore Romano” qəzetində dərc olunan “Qədim Qafqaz Albaniyasında xristianlığın köklərinə səyahət. Dadivank, Gandzasar və Xatravank buludlar içində” (müəllif: Rosela Fabiani) məqaləsi Azərbaycan təbliğat maşınına göstərilən bariz xidmətlərdən biri. Bu, bölgənin və onun doğma erməni xalqının mənəvi-mədəni irsinin əsl tarixinin tamamilə yalan və əsassız təqdim edilməsinə növbəti cəhddir.
Müəllif Azərbaycana, xüsusən də Artsax Respublikasının hazırda işğal olunmuş ərazisinə səfər edərək Azərbaycanın istədiyi kimi erməni mədəni dəyərlərinin “alban şəcərəsi mifinə” yeni nəfəs gətirməyə çalışıb.
Müəllif belə bir təbliğat materialını dərc etməkdən əvvəl, təbii ki, əgər məqsədi sifarişli nəzəriyyələr yaratmaq deyil, getdiyi yerlərin real tarixini təqdim etmək idisə, ilk növbədə, o, bir neçə ay əvvəl baş vermiş siyasi hadisələrlə qısa da olsa tanış olmağa çalışmalıdır, sonra isə ziyarət etdiyi Dadivank, Gandzasarın, Xatravankın əsl tarixi, divarlarına və ətrafına olan on yüzlərlə yazıdan ən azı bir-ikisinin məzmunu, ya da hansı dildə yazıldığını və ya niyə ermənicə yazıldığını anlamağa çalışmalı idi. Bu halda bəlkə də vicdan və mənəviyyat buna bənzər hekayətlər uydurmağa, xristian dəyərlərinin mahiyyətinə və məzmununa zidd olan uydurmalar tərtib edib nəşr etməyə imkan verməzdi.
Bu cür yalan və əsassız təbliğat təkcə erməni xalqının deyil, onun mənəvi quruluşu olan Erməni Apostol Kilsəsinin çoxəsrlik tarixinin, onun mənəvi-mədəni mərkəzlərinə və ümumlikdə dünya xristian sivilzasiyasının tarixinə hörmətsizlik təzahürüdür”.