Gürcüstanda turistlər nə qədər pul xərcləyib?
Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ilin birinci yarısında rekord həddə – 1,9 milyard dollara çatıb. Bu barədə Gürcüstanın Milli Turizm administrasiyası məlumatlandırb
Avropa Birliyi ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri rekord həddə çatıb. Bu, 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 14% çoxdur.
Gürcüstan Milli Bankının məlumatına görə, gəlirlər ölkələr üzrə aşağıdakı kimi bölüşdürülür
Rusiya – 380,1 milyon dollar,
Türkiyə – 287 milyon dollar,
AB ölkələri və Böyük Britaniya – 246,3 milyon dollar,
İsrail – 175,4 milyon dollar,
Azərbaycan – 78,5 milyon dollar,
Ukrayna – 69 milyon dollar,
İran – 64,2 milyon dollar,
Ermənistan – 64,1 milyon dollar,
Belarus – 39 milyon dollar,
Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar,
Digər ölkələr: 462 milyon dollar.
2024-cü ilin birinci yarısında əcnəbilər Gürcüstana 3 milyondan artıq səfər edib (illik artım: 5,6%). İlin birinci yarısında ən çox beynəlxalq səfərlər qonşu ölkələrdən – Türkiyə, Rusiya və Ermənistandan olub.