Hanyenin qisas senarisi proqnozlaşdırıla bilməyən senarilərdən biridir. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş komandanının müşaviri Hüseyn Taib məlumatlandırıb
Məlumatı İRNA agentliyi yayıb. “İsraillilər bu gün İran senarisinin nə olduğunu bilmədiklərinə görə, onların daxili vəziyyəti sosial cəhətdən sarsılıb və iqtisadi baxımdan kapital bölgəni tərk edir və heç kim İsrailə investisiya qoymur” – deyən Taib Netanyahunun HƏMAS-ı məğlub etmək istədiyini bildirib.
Bundan əvvəl xəbər vermişdik ki, İsrail mediası avqustun 12-13-də yəhudi xalqının milli matəm günü (Qüdsdəki Birinci və İkinci Məbədlərin dağıdıldığı gün) İranın İsrailə hücum etməyi planlaşdırdığını proqnozlaşdırmışdı.
Mətn factor.am-ə məxsusdur.