Başlıcaİctimaiyyət

İyulda Gürcüstandan 35 yadelli, o cümlədən Azərbaycan və Türkiyə vətəndaşları deportasiya edilib

İyulda ölkədə qanuni əsas olmadan olan 35 əcnəbi Gürcüstandan çıxarılıb, bu barədə Gürcüstan Daxili işlər nazirliyi məlumat yayıb.

NGnewsgeorgia-nın məlumatına görə, Gürcüstandan çıxarılanlar arasında Azərbaycan, İran, Türkiyə, Çin, Özbəkistan, Nigeriya, Misir, Hindistan və İordaniya vətəndaşları var.

Yadellilərin bir qismi Gürcüstan ərazisini könüllü tərk edib, bir qismi isə Miqrasiya İdarəsi tərəfindən ölkədən zorla çıxarılıb.

Ötən il Gürcüstandan 190, 2022-ci ildə isə 165 yadelli deportasiya olunub..

Daha çox göstər
Back to top button