Türkiyə ilə İsrail qızğın diplomatik güləşə başlayıb: “Bura baax ay ay ağıldan kəm qatil”
İsrailin Xarici işlər naziri İsrael Katz Xarici işlər nazirliyinə dəvət edilən Türkiyənin İsraildəki səfirinin müavininə iradını bildirib.
Bu, Türkiyənin Tel-Əvivdəki səfirliyinin öldürülən Həmas lideri İsmayıl Haniyənin xatirəsinə bayrağı endirməsindən sonra baş verib.
“İsmail Haniyə kimi qatilin yasını tutmağın hər hansısa ifadəni İsrail qəbul etməyəcək”- deyə Katzın adından bəyanatda bildirilib.
Səfirlik nümayəndələri yas saxlamaq istəyirlərsə, Türkiyəyə gedib “Həmas” terror təşkilatını dəstəkləyən və onun bütün hərəkətlərini bəyənən ağaları Erdoğanla birlikdə yas tutsunlar”.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Gvir “Today in Israel” portalının məlumatına görə, səfirlik əməkdaşlarının “bayrağı tamamilə çıxarıb evə qayıda biləcəyini” bəyan edib.
Türkiyə prezident aparatının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun sosial şəbəkələrdə İsrailin Xarici işlər nazirinə cavab verib.
“Bura bax, ey ağıldan kəm qatil. Nə qədər ki, siz günahsız insanların qanını udduran çirkli ağzınızla Rəcəb Tayyib Erdoğanın adını dilə gətirəcəksiniz, biz onu daha da dəstəkləyəcəyik və daha çox arxasında olacağıq.
Bizim prezidentimizin və ölkəmizin sizin kimi qaniçən soyqırım qatillərindən öyrənəcəyi heç nə yoxdur. Fələstinli bacı-qardaşlarımızın qətlinə və törətdiyiniz rüsvayçı soyqırıma görə nə vaxtsa mütləq cavab verəcəksiniz ” – deyə Türkiyənin president aparatının nümayəndəsinin sözlərini tütk mətbuat vasitələri sitat gətirib.