ABŞ kəşfiyyatı İranın və Livan “Hizbullah” hərəkatının İsrailə qarşı mümkün hücumunun iki mərhələdə baş verəcəyini gözləyir. Bu barədə Amerika rəsmilərinə istinadən Axios portalı məlumat yayıb.
ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşünün məzmunu ilə tanış olan mənbələrə görə, kəşfiyyat bir zərbə dalğasının İran, digərini isə “Hizbullah” tərəfindən gözlənildiyini bildirib. Vaşinqtonda isə onlar hələ də zərbələrin mahiyyətinin nə olacağını və hücumu kimin həyata keçirəcəyini bilmirlər.
Görüş zamanı qeyd olunub ki, İsrailə qarşı hücumun vaxtı, ehtimal olunan nəticələrin miqyası hələ məlum deyil.
Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsi son günlərdə Fələstinin radikal HƏMAS hərəkatının Tehranda siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və Beyrutda şiə “Hizbullah”ın hərbi qanadının komandirlərindən biri Fuad Şokranın qətlindən sonra başlayıb. İran, HƏMAS və “Hizbullah” məsuliyyəti İsrailin üzərinə qoyub və bunu cavabsız qoymayacaqlarını bəyan ediblər.