BaşlıcaSiyasət

Borel Yaxın Şərqdə “naməlum miqyaslı müharibə” təhlükəsini görür

Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu naməlum miqyaslı müharibənin astanasına gətirir, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borel özünün X səhifəsində yazıb.

“Biz hamımız daha bir fəlakətin qarşısını almalıyıq. Sonrakı yol ümumiyyətlə razılaşdırılır: Qəzzada dərhal atəşkəs. Gərginliyin azalmasına mane olanların hamısı məsuliyyətə cəlb olunmalıdır”, – Borel bildirib.

Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlə yetirilməsi, bundan əvvəl isə İsrailin Beyrutdakı hava hücumu nəticəsində Hizbullah hərəkatın;n yüksək rütbəli komandiri Fuad Şükrün öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İran Haniyənin qətlində İsraili günahlandıraraq, ölkənin buna görə “yüksək qiymət ödəyəcəyini” vəd edib. İsrail Haniyənin qətlində iştirakını nə təsdiq, nə də təkzib edib.

Daha çox göstər
Back to top button