BaşlıcaSiyasət

Klaar: “Sülh müqaviləsi layihəsinin əksəriyyəti artıq razılaşdırılıb, çatışmayan yeganə şey siyasi iradədir”

Ümid edirəm ki, Ermənistan və Azərbaycanın siyasi iradəsi və davamlı səyləri sayəsində düşmənçilik və zorakılıq vərəqi nəhayət ki, bütün region xalqlarının xeyrinə çevriləcək.

Bu barədə jam-news.net-ə müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar bildirib.

Bildiyimə görə, sülh müqaviləsi layihəsinin əksəriyyəti artıq razılaşdırılıb. Mənə elə gəlir ki, çatışmayan yeganə şey başa çatdırmaq üçün lazım olan siyasi iradədir.

Əminik ki, qalan məsələlər və mətnlər üzrə yekun razılıq əldə olunub. Sülh sazişi və onun sonradan həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişəcək.

 İnanıram ki, liderlər də bu fikri bölüşürlər və bu məsələdə yekun razılığın əldə olunması üçün bütün səylərini əsirgəməyəcəklər” – deyə Klaar bildirib.

Bununla belə, o vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində görüşməməsi prosesin nə dərəcədə  kövrək olduğunu göstərir.

Daha çox göstər
Back to top button