BaşlıcaBeynəlxalqSiyasət

Yaxın Şərqdə gərginlik: Livandakı erməni icması da qeyri-müəyyən vəziyyətdədir

Son 24 saat ərzində Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrailin şimal sərhədində hava hücumu sirenləri səslənib. Hizbullah İsrail sərhədindəki yaşayış məntəqələrinə raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələri Livanın cənubunda cavab zərbəsi endirib. Vəziyyət hər saat qızışır. Artıq bir çox ölkələr öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb. Ermənistan Xarici İşlər Nazirliyi də Livana müvəqqəti səfər etməməyə çağırıb. XİN ümid edib ki, dost Livanda sülh və sabitlik qorunacaq.

Livanın “Yerepouni-news.com” saytının redaktoru Aharon Şxrtmyan bildirib ki, İsrailin Tehranda HƏMAS-ın siyasi lideri Haniyəni öldürülməsi və HƏMAS-ın Livandakı ofislərini atəşə tutulması onsuz da həddən artıq gərgin olan Yaxın Şərq kontekstində olduqca narahatedici inkişaflardır.

“Əslində Livanda ağır, gözlənilən və narahatedici vəziyyət var. İsraillilər Livanın hava sərhədlərini pozaraq ölkəyə gəlir, cinayət törədir və qayıdırlar. Təəssüf odur ki, ABŞ və onun siyasi və hərbi təsir dairəsində olan dövlətlər cinayətkarı qınamaq əvəzinə, qurbanları tənqid edirlər.

Erməni icmasına toxunan Şxrtmyan qeyd edib ki, digər icmalar kimi burada da gündəlik işlər davam edir. İttifaqları və təşkilatlar narahatlıq doğuran hadisələrin perspektivindən asılı olmayaraq fəaliyyət göstərirlər.

“Lakin bütün bunlara baxmayaraq, narahatlıq var. Biz də bilmirik ki, İran və Hizbullah tərəfindən planlaşdırılan əks-hücum nə vaxt baş tutmalı və buna cavab necə olacaq. Hamımız əslində qeyri-müəyyənlik vəziyyətdədiyik”.

O bildirib ki, indiyə qədər baş verən hadisələr nəticəsində erməni icmasının itkisi yoxdur, lakin narahatlıq getdikcə dərinləşir.

“Erməni icması, o cümlədən siyasi partiyalar, kilsə ehtiyatlı addımlar atıb. Əvvəlcə ölkənin birliyinə, sonra erməni icmasının birliyinə çağırıvlar. Və maraqlısı odur ki, Livanın vəziyyəti, belə demək mümkünsə, elə sürprizlərlə doludur və heç kim növbəti saniyədə nə olacağını bilmir”.

İndiki İran-Hizbullah və İsrail gərginliyi müharibəyə gətirib çıxararsa, bunun regional müharibəyə çevriləcəyi şübhəsizdir. Bəzi ekspertlər hesab edir ki, dünya təkcə İranın və Müqavimət Oxunun deyil, həm də İsrailin buna reaksiyasına hazırlaşır.

Şərqşünas Ararat Kostanyan qeyd edib ki, uzun müddətdir davam edən ərəb-İsrail münaqişəsinin son onilliklərindəki hərəkətlər heç vaxt bu qədər ciddi olmayıb. Haniyənin öldürülməsi ilə danışıqlar nəhayət ki, uğursuzluğa düçar olub. Hazırda isə hər iki tərəfdə bir-birinə amansız əks-hücumlar etmək üçün yalnız qəti çağırışlar və hərəkətlər var.

“Bir tərəfdən tərəflər geri çəkilmir, nə İran, nə İsrail, nə də İranın müttəfiqləri. Hesab edirəm ki, hərbi əməliyyatlar intensivləşəcək, lakin eyni zamanda, böyük aktorlar münaqişənin daha geniş və uzunmüddətli olmaması üçün öz diplomatik imkanları ilə tərəfləri meydanlara gətirirlər”.

Bəzi ekspertlərin hesab edirlər ki, İran ötən dəfə olduğu kimi ilk növbədə İsraili psixoloji cəhətdən tükəndirəcək. İranşünas Vardan Voskanyan qeyd edir ki, bilavasitə müharibədə iştirak etmədən düşmənlərinə qarşı uğurla mübarizə aparmağı bacarıdığını göstərib.

“İran və İsrail arasında birbaşa genişmiqyaslı müharibə ilə bağlı proqnozlar hələlik o qədər də real görünmür. Lakin barıt çəlləyinə bənzəyən Yaxın Şərqdə hər hansı qığılcım müharibə alovu riski ilə doludur”,- iranşünas Telegram kanalında yazıb.

Qeyd edək ki, İsrail mənbələrinin bildirdiyinə görə, Təl-Əviv İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir. Baş nazir Netanyahu mümkün hərəkətləri müzakirə etmək üçün ordu və kəşfiyyat rəhbərləri ilə görüşüb. Bildirilib ki, qabaqlayıcı zərbə yalnız İranın niyyətləri barədə etibarlı məlumat olduqda həyata keçiriləcək. ABŞ dövlət katibi İran və Hizbullahın yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Daha çox göstər
Back to top button