BaşlıcaSiyasət

ABŞ Dövlət Departamenti:  “Tərəflərdən heç biri münaqişəni  kəskinləşdirən addım atmamalıdır”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller avqustun 7-də keçirdiyi brifinqdə İran və İsrail arasında gərginliyin artması ehtimalı ilə bağlı sualı cavablandırarkən bəyan edib ki, Vaşinqton regiondakı müttəfiqləri və tərəfdaşları ilə kifayət qədər intensiv diplomatik iş aparmağa davam edir.

“Hər kəsə mesajımız belədir: Qulaq asın, region üçün çox çətin dövr olduğu göz qabağındadır. Gərginlik yüksəkdir. Ümid edirik ki, biz atəşkəs razılaşmasının son mərhələsindəyik və eskalasiya regionun üzləşdiyi bütün problemləri daha da pisləşdirəcək”.

Ona görə də biz regionun bütün sakinlərinin diqqətini ona yönəldirik ki, tərəflərdən heç biri münaqişəni gərginləşdirməyə yönəlmiş addımlar atmamalıdır” – deyərək Miller vurğulayıb.

Daha çox göstər
Back to top button