ABŞ administrasiyasına Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Bizim bundan xəbərimiz yox idi. Lakin Ukraynanın hücumu həyata keçirməzdən əvvəl konkret taktikalarını bizə deməməsi qeyri-adi bir şey deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıqla təmin edirik. Biz onlara məsləhətlər veririk. Lakin Onların həyata keçirdikləri gündəlik taktikalara, vurduqları gündəlik zərbələrə gəldikdə – bəzən biz onlarla ünsiyyət qururuq, bəzən əlaqə saxlamırıq və belə qərarları məhz onlar qəbul etməlidir”, – deyə diplomat bildirib.
O bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin bu əməliyyatla bağlı planlarını anlamaq üçün Ukrayna ilə əlaqə saxlayır.