Bakı bildirib ki, hazırda sülh sazişinə yeganə və əsas maneə Ermənistanın Konstitusiyasıdır. Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovun açıqlamalarını şərh edən politoloq Andrias Ğukasyan Faktor TV-yə açıqlamasında Azərbaycanın sülh müqaviləsi imzalamaq istəmədiyini deyib.
“İndi bu tələb yerinə yetirilsə belə, sülh sazişi bağlana bilməz. Azərbaycanın açıqladığı bəyanatlar yalnız İlham Əliyev rejiminin sülh müqaviləsi imzalamaq niyyətində olmadığı faktını əhatə edir.
Nikol Paşinyan Azərbaycanın tələbi ilə Gürcüstanın Konstitusiyasını dəyişsə belə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bəyanat yazsa, beynəlxalq məhkəmələrə verilmiş şikayətləri geri götürsə belə, Artsax problemi aradan qalxacaqmı və sazişin imzalanmasınayol açılacaqmı?Xeyr”- deyə politoloq qeyd edib.