ArtsaxBaşlıcaSiyasət

Bako Sahakyan, Levon Mnatsakanyan və Ruben Vardanyanın səhhəti pisləşib

“Joğovurd” qəzeti yazıb ki, “Artsaxın hərbi-siyasi rəhbərliyi bir ilə yaxındır ki, Bakıda qanunsuz olaraq həbsdədir.

2023-cü ilin sentyabrında Artsaxa qarşı qeyri-qanuni hərbi əməliyyatları başlayandan sonra Azərbaycan Artsaxın keçmiş prezidentləri Arkadi Ghukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, keçmiş dövlət naziri Ruben Vardanyan, keçmiş xarici işlər naziri Davit Babayan, Davit İşxanyan, Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyan və general Davit Manukyan hələ də Bakı həbsxanasında girov kimi saxlanılır.

Bu müddət ərzində Bakıda Artsax rəsmilərinin səhhətinin pisləşməsi ilə bağlı çoxlu xəbərdarlıqlar gəlir.

Arstax Respublikasının keçmiş prezidentləri Bako Sahakyan, Arayik Harutyunyan, Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan və Artsax Silahlı Qüvvələrinin keçmiş komandiri Levon Mnatsakanyanın səhhətinin vəziyyəti son günlər yenidən pisləşib. Bu da Bakı həbsxanalarında onlara qarşı kobud rəftarla bağlı qeyri-insani və beynəlxalq normaların olduğunu sübut edir.

Olan məlumata görə, Levon Mnatsakanyanın şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var. Bakıda həbsxana şəraitində xəstəlik daha da ağırlaşıb. Artsax Respublikasının keçmiş prezidenti Bako Sahakyanın da qan təzyiqi və ürək-damar sistemində ciddi problemləri var.

Ruben Vardanyanın ailəsi hələ aprel ayında onun aclıq aksiyası keçirdiyini elan edərək, bütün erməni məhbusların dərhal azad edilməsini tələb edib. Ruben Vardanyanın da səhhəti aclıq aksiyası və saxlanma şəraitinin pis olması səbəbindən pisləşib.

“Joğovurd” qəzeti Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatundan nümayəndə heyətinin Bakıda saxılanılan Artsax rəsmilərinə sonuncu dəfə nə vaxt baş çəkdiyini və onların səhhətinin necə olduğunu soruşub.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı əməkdaşları vaxtaşırı Azərbaycanda saxlanılan bütün ermənilərə baş çəkməyi davam etdirirdilər. Saxlanılanlar arasında Azərbaycan hakimiyyəti tərəfindən adları təşkilatımıza təsdiqlənən şəxslər də var. Həmin şəxslərlə sonuncu belə görüş iyul ayı ərzində baş tutub və təbii ki, həmin şəxslərin səhhətinin vəziyyəti və onlarla rəftar, saxlanma şəraiti bizim diqqətimizdə olub və olmaqda davam edir.

Yeganə əlavə edə biləcəyim odur ki, nümayəndələrimizin görüşləri çərçivəsində hər bir şəxsə öz qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, – deyə Amatuni bildirib.

Daha çox göstər
Back to top button