Ermənilər hansı istirahətə üstünlük verirlər?
Yayda ermənilər sahilyanı ölkələrdə dincəlməyə üstünlük verirlər. Bu barədə Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyan “Armenpress”in müxbiri ilə söhbətində bildirib.
“Ermənilər su ərazilərində istirahət etməyi sevirik. İndi böyük seçim və imkanlarla sahilyanı ölkələrdə tətil təşkil etmək daha əlçatan və tələbatlıdır. Bundan əlavə, Ermənistandan müxtəlif istiqamətlərə, o cümlədən kifayət qədər ekzotik ölkələrə birbaşa uçuşlar var. Tarixi, mədəni və digər növ səfərlər də çoxdur”, – deyə Apresyan bildirib.
O vurğulayıb ki, ermənilər ən çox Misir, Monteneqroya, viza olanda da Yunanıstana gedirlər. Tercih edilən istiqamətlər arasında həmçinin Şri-Lanka və bir sıra Avropa ölkələri va. Erməni turistlərə hətta Dominikan Respublikasında, Karib dənizi və Cənub-Şərqi Asiya adalarında rast gəlmək olar.
Ermənistan Turizm Federasiyasının prezidenti qeyd edib ki, Ermənistandan Antalyaya gedənlər demək olar ki, yoxdur. “Gedənlər olsa belə, çox azdır. Düzünü desəm indi turizm şirkətlərimizin həmin istiqaməti reklam etməsini də görmədim”, – deyə o bildirib.
Apresyanın deyib ki, Rusiyanın müxtəlif regionları ilə turizm sektorunda kifayət qədər uğurlu əməkdaşlıq formalaşıb. “Məsələn, Yekaterinburq, Tumen və digər şəhərlərə birbaşa uçuşlarımız var. Bu, turizm sahəsində fəal əməkdaşlığın nəticəsidir”, – Apresyan vurğulayıb.
Son illərin hadisələrindən sonra Qərbi Ermənistana gedənlərin sayı xeyli azalıb.
O vurğulayıb ki, ER vətəndaşlarına Avropa ölkələrindən daha asanlıqla viza almaq imkanı verilərsə və ora səyahət imkanları sadələşdirilərsə, bu sektor Ermənistanda inkişaf üçün yeni stimul alacaq. İndi turizm mövsümündə Monteneqroya Avropa ölkələrindən vizasız səfər etmək mümkündür.