Ermənistan Azərbaycan tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik etmək niyyətində deyil. Bunu jurnalistlərlə söhbətində ER iqtisadiyyat naziri Gevorg Papoyan deyib.
“Ermənistan Respublikası öz konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişə bilər. ER heç bir ölkənin tələbi ilə konstitusiyasını dəyişməyəcək, dəyişmək bizim daxili işimizdir”,- deyə o qeyd edib.